AZ

“Buraxılış vəsiqəsi” alan sürücülərin sayı kəskin azaldı: Taksi qiymətləri artacaq 

Azərbaycanda taksi fəaliyyəti üçün icazə (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 4000-i ötüb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. 

Agentlikdən bildirilib ki, təlim keçən sürücülərin sayı 21 mini keçib. Lakin statistik olaraq baxsaq, taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı olduqca azdır. 

Bu nə ilə bağlıdır? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, burada bir sıra ciddi faktorlar var: 

“Buraxılış kartı üçün müraciət edən sürücülərin sayının az olmasının bir neçə səbəbi var. Əsas faktorlardan biri də avtomobillərin buraxılış ilə bağlı olan qərardır. Yəni istismar ediləcək avtomobillərin yaş senzurasıdır. Bu da öz növbəsində müəyyən dərəcədə çəkindirici amildir. Əlində istismara əlverişli avtomobil olan sürücülər ilk növbədə qeydiyyatdan keçə bilirlər. Digərləri isə gözləmə mövqeyindədir. 4000 nəfər olduqca az hissədir. Yəni ümumi taksi fəaliyyəti üçün müraciət edənlərin ən aşağı faiz dərəcəsidir. Gələcəkdə isə qaydalarda hər hansı yumşalma olarsa, qabaqlayıcı və dəstəkləyici tədbirlər görülərsə, o zaman fəaliyyət üçün say etibarı ilə çoxalmalar ola bilər”. 

Ekspert bu və digər tendensiyaların taksi qiymətlərinin daha da artmasına gətirib çıxaracağını qeyd edib: 

“Faktiki olaraq, hazırda sürücülərin bir çoxu taksi fəaliyyətinə maraqlı deyil. İkinci bir tendensiya isə odur ki, onlar payıza qədər necə olacağını gözləyir. Bu səbəblər özlüyündə sürücülərdə müəyyən həvəssizlik yaradır. Digər tərəfdən taksi çatışmazlığı, qiymət artımı və bu proseslər davam etməkdədir. Düşünürəm ki, bu tendensiyalar hələki davamlı olacaq. Qiymət artımı davam edəcək və bu qaçınılmazdır”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
yenisabah.az

2Mənbələr