AZ

32 ildən sonra Laçın şəhərində ilk Tibbi Şura iclası keçirilib » Medical Media


32 ildən sonra Laçın şəhərində ilk Tibbi Şura iclası keçirilib.
 
Laçın Rayon Mərkəzi Xəstəxanasından Medicalmedia.az-a verilən xəbərə görə, iclası müəsissənin direktoru Orxan Cəbrayılov açıb.
 
Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
İclasda Tibbi Şuranın yeni tərkibi seçilib. Şura üzvləri, struktur və bölmə rəhbərləri görülən işlər və qarşıda duran məsələlər barədə çıxışlar ediblər.
 
Direktor Orxan Cəbrayılov Laçın Rayon Mərəkəzi Xəstəxanasının fəaliyyətinin Laçın şəhərində tam bərpa olunması ilə bağlı tapşırıqlar verib.
 
Sonda Tibbi Şuranın qərarı açıqlanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
medicalmedia.az

2Mənbələr