AZ

Yunlu kərgədanların nəslini insanlar məhv edib

Yazını böyüt
Yazını kiçilt

Məlum olub ki, minlərlə il əvvəl nəsli kəsilmiş yunlu kərgədanların yoxa çıxmasında insanların rolu olub.

Hafta.az-ın “Science Daily”a istinadən yazdığına görə, 115 min il əvvəldən 11700 il əvvələ qədər davam edən Son Buz Dövrünün sonunda yunlu kərgədanların nəsli kəsilməsinin iqlim dəyişikliyinin səbəb olduğu düşünülürdü. 2020-ci ildə edilən bir araşdırmada insanların bu nəhəng heyvanların nəslinin kəsilməsində heç bir təsirinin olmadığı bildirilirdi.

Lakin beynəlxalq tədqiqatçılar qrupu kompüter modelləri, həmçinin fosil və DNT nümunələrindən istifadə edərək fərqli bir nəticəyə gəliblər. Yunlu kərgədan populyasiyasının tarixini öyrənən alimlər ovun bu prosesə təsirini göstəriblər.

Təxminən 3,5 metr uzunluğunda və 1,5 metr hündürlüyündə ola bilən bu canlılar, istilik itkisini azaltan isti tükləri və kiçik qulaqları sayəsində Buz Dövründə sağ qala biliblər.

İyunun 3-də “PNAS” jurnalında dərc edilən araşdırmaya görə, yunlu kərgədanlar insanların ovlanması səbəbindən havanın istiləşməsinə baxmayaraq, yer kürəsinin daha yaşayış üçün əlverişli hissələrinə köçə bilməyiblər.

"Biz Avrasiya yunlu kərgədanının 52 min illik demoqrafik tarixini əvvəllər mümkün hesab olunmayan bir aydınlıqla izlədik. Son Buz Dövrünün sonunda kərgədanların əhatə dairəsinin cənuba doğru daralmasına səbəb olduğunu və onu təcrid olunmuş, sürətlə pisləşən yaşayış yerlərində saxladığını göstərdi" deyib araşdırma qrupunun nümayəndələrindən Fordham.

Fordham deyir ki, yunlu kərgədanlar Avrasiyanın şimalından açılan, temperaturun yüksəlməsi və buzlaqların əriməsi nəticəsində yaşayış üçün əlverişli zonalara keçə bilmirdilər ki, bu da onların nəslinin kəsilməsinə səbəb olub.

İnsanların və yunlu kərgədanların bu canlıların nəsli kəsilməzdən əvvəl minlərlə il birlikdə yaşadıqları bilinirdi. Yünlü kərgədanları 30 min il əvvəl qədim insanların çəkdiyi mağara rəsmlərində görmək olar.

Ancaq iqlimin onların nəsli kəsilməsinə səbəb olduğu düşünülürdü. İki növ arasındakı qarşılıqlı əlaqəni daha ətraflı araşdıran yeni tədqiqatın həmmüəllifi Elin Lorenzen deyir: "Əsasən diqqətdən kənarda qalan bu qarşılıqlı təsirlərdən biri də insanların bu heyvanları aşağı səviyyədə, lakin davamlı olaraq yemək üçün ovlamasıdır".

Tədqiqatçılar düşünürlər ki, meqafauna adlanan nəhəng heyvanların nəslinin necə tükəndiyini anlamaq günümüzün qorunma səylərinə töhfə verəcək. Araşdırmanın başqa müəllifi David Nogues-Bravo, "Bizim tapıntılarımız iqlim dəyişikliyi və insan fəaliyyətinin meqafaunaların məhvinə necə səbəb ola biləcəyini ortaya qoyur. Keçmiş nəsli kəsmələri öyrənməklə biz Yerdə qalan böyük heyvanları qorumaq üçün dəyərli dərslər öyrənə bilərik" deyib.

Son Buz Dövrünün sonunda çəkisi bir tondan çox olan 61 quruda yaşayan ot yeyən heyvanın olduğu düşünülür. Hazırda onlardan 5-i kərgədan olmaqla cəmi 8-i sağdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
hafta.az

1Mənbələr