AZ

Millimizin tarixində 6-cı: Ən böyük kambek

Azərbaycan millisi tarixində 6-cı dəfə iki və ya daha çox qol buraxdığı oyunda qalib gəlib.

İdman.biz xəbər verir ki, Qazaxıstanla yoldaşlıq oyununda 3:2 hesabı ilə qalib gələn yığmamız bunadək 5 dəfə də belə məhsuldar görüşdə qələbə qazanıb.

Maraqlıdır ki, ən azı 2 qol buraxıb qalib gəldiyimiz bütün qarşılaşmalar eyni hesabla nəticələnib. Bu görüşlərdən üçündə rəqib Qazaxıstan olub.

Amma əvvəlki oyunların heç birində komandamız 2 top geridə olmayıb. Bu da o deməkdir ki, millimiz ilk dəfə belə fərqi aradan qaldırmaqla qalib gəlib və tarixinin ən böyük kambekini reallaşdırıb.

7 iyun 1993. Tehran. BT. Azərbaycan – Qırğızıstan - 3:2
28 aprel 2004. Almatı. YO. Qazaxıstan – Azərbaycan - 2:3
22 avqust 2007. Düşənbə. YO. Tacikistan – Azərbaycan - 2:3
6 sentyabr 2011. Bakı. AÇ. Azərbaycan – Qazaxıstan - 3:2
9 oktyabr 2019. Riffa. YO. Bəhreyn - Azərbaycan - 2:3
11 iyun 2024. Sombatxey. YO. Azərbaycan – Qazaxıstan – 3:2

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
idman.biz

1Mənbələr