AZ

Neftçala RMX-da direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyinat olub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən Xəlilov Nəriman Hüseynağa oğlu Neftçala Rayon Mərkəzi Xəstəxanasında Direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilib.
 
Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.
 
Bildirilib ki, Nəriman Xəlilov 4 iyul 1968-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində ziyalı ailəsində anadan olub. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ümumiqtisad fakültəsinə daxil olub. 1986-1988-ci illərdə hərbi xidmətdə olub. 1992-ci ildə ali təhsilini başa vururaq iqtisadçı ixtisasına yiyələnib.
 
O, 1992-1993-cü illərdə Neftçala Süd zavodunda, Neftçala Yod-Brom zavodunda iqtisadçı, daha sonra Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş müfəttişi, 1993-2001-ci illərdə Neftçala rayon Dövlət Sığorta Agentliyinin direktoru, 2003-2006-cı illərdə Neftçala rayon Məşğulluq Mərkəzinin direktoru, 2006-2016-cı illərdə Neftçala rayon İcra Hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, 2016-2022-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin Neftçala Sənaye Məhəlləsinin direktoru vəzifələrində çalışıb. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə malikdir. Nəriman Xəlilov 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
aztibb.az

1Mənbələr