AZ

De Byazi beş futbolçunu təriflədi, sabiq komandasına “favorit” dedi

Bilindiyi kimi, iyunun 14-də AÇ-2024-ə start veriləcək. Ertəsi Dortmundda keçiriləcək matçda isə İtaliya Albaniyanı qəbul edəcək.

“Football-plus.az” xəbər verir ki, Azərbaycan və Albaniya yığmalarının sabiq baş məşqçisi Canni de Byazi maçtla bağlı fikirlərini “La Gazzetta dello Sport”a açıqlayıb:

“Albaniya ciddi yanaşılmayacaq rəqib deyil. Luçano Spalletti (İtaliyanın baş məçqçisi – red.) bunu çox yaxşı bilir. Favoriti bizik – Albaniya! Orta sahədə Aslani və Ramazanı topu necə qarşılayacaqlarını və davranacaqlarını dərk edirlər. Onlar motosiklet kimidi. Broyanın fiziki quruluşu və hazırlığı mükəmməldi. Dar zonalarda belə hər fürsəti dəyərləndirə bilir. Asani və Səfəri isə uzaqdan qapıya zərbələr zamanı qüsursuz çıxış edirlər. Ən əsası, albaniyalı azarkeşlərə qarşı diqqətli olun. Minlərlə tərəfdar Dortmundda coşqulu ab-hava yaradacaq”.

KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
football-plus.az

1Mənbələr