AZ

İki gündür maşını blokun girişində saxlayıb insanların yolunu kəsir - FOTO

Bakıda dayanma-durma qaydasını pozan sürücü barədə sakinlər tərəfindən redaksiyamıza şikayət ünvanlanıb. Aşıq Molla Cümə küçəsi 15B binasının sakinləri Avtosfer.az-a müraciət edərək bildirir ki, 10-SF-252 qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin sürücüsü iki gündür blokun girişində parklanma edir. Bu səbəbdən sakinlərin giriş-çıxışında məhdudiyyətlər yaranır.

Onlar həmin sürücünün məsuliyyətə cəlb edilməsini xahiş edirlər.

Qeyd edək ki, qanunvericiliyə görə, avtomobili girişlərin, habelə darvazaların qarşısında park etmək qadağandır.

 

Fərid

Seçilən
300
avtosfer.az

1Mənbələr