AZ

Z nəsli gözləntiləri doğrultmadı! - İş həyatında yeni QAYDALAR

Z nəslinin iş həyatı qaydalarına uyğunlaşa bilməməsi iş dünyasının 50 yaşdan yuxarı insanları işə götürməsinə səbəb olub.

Publika.az xəbər verir ki, Z nəslinin həftədə 4 gün, gündə 6 saat işləmək istəməsi, hibrid və uzaqdan işləməyə pozitiv yanaşması dünyada yeni tendensiya ortaya çıxarıb.

Z nəsli ilə qurula bilməyən bağ və yetişmiş kadr çatışmazlığı demək olar ki, hər sahədə hiss olunur. Bu səbəbdən də iş dünyası 50 və daha yuxarı yaşda olan insanların işə götürülməsinə önəm verməyə başlayıb.

Mütəxəssislər bildirirlər ki, yaşı 50-dən yuxarı olan işçilərə üstünlük verilməsinin əsas səbəbi onların işə sadiqliyi və yüksək iş etikasıdır. Bu yaş qrupunda olan işçilərin gənc nəsillərə mentorluq etmək bacarığı da işəgötürənlər üçün üstünlükdür.

Qeyd edək ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) 2023-cü il araşdırmasında yaşlı nəslin işsizlik səviyyəsinin 2019-cu ildə 3,1 faiz, 2023-cü ildə isə 2,7 faiz olduğu müəyyən edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
publika.az

1Mənbələr