AZ

Sloveniyalı hücumçu Premyer Liqanın 3 klubundan imtina edib

“Leyptsiq”in hücumçusu Benjamin Şeşko İngiltərənin üç top-klubundan imtina edib.



Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sloveniyalı futbolçunun xidmətində “Çelsi”, “Arsenal” və “Mançester Yunayted” maraqlıdır. Şeşko “Leyptsiq”də qalmaq və təkmilləşdirilmiş şərtlərlə yeni müqavilə imzalamaq qərarına gəlib. Müqaviləyə top-klublar üçün məqbul olan təzminat məbləği daxil ediləcək.



Şeşko Bundesliqada debüt mövsümünü 14 qol və 2 məhsuldar ötürmə ilə başa vurub. Daha əvvəl bildirilmişdi ki, 21 yaşlı hücumçunun müqaviləsindəki təzminat məbləği 60 milyon avro civarındadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərbenjamin şeşko Leyptsiq

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
komanda.az

1Mənbələr