AZ

Türkiyә mәtbautı: 12 iyun 2024

‘‘Star’’: Hakan Fidan: ‘‘Әmәkdaşlığımızı yüksәk qiymәtlәndiririk’’

Rusiyada keçirilən BRICS+ sessiyasında çıxış edən Türkiyәnin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə BMT Təhlükəsizlik Şurasında,  BMT vә digәr çoxtәrәfli tәşkilatlarda islahatların aparılması üçün səylər göstərir. Bu kontekstdə biz BRİKS ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk.

‘‘Haber Türk’’: Türkiyənin 2-ci astronavtı Tuva Cihangir Atasevər kosmosdakı missiyasını başa vurdu

Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasevər kosmosdakı missiyasını başa vurub. Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır və ilk türk astronavtı Alper Gezeravcının iştirakı ilə keçirilən mətbuat konfransında çıxış edən Tuva Cihangir Atasever üzərinə götürdüyü vəzifəyə görə çox xoşbəxt olduğunu dilə gətirib.

‘‘Vatan’’: Fransa media orqanları Türk Hava Yollarını tәriflәdi

Fransanın “Le Monde” qəzeti Türk Hava Yollarının rəqiblərini qısqandıracaq nəticələr əldə edərək qlobal aviasiya sənayesində önəmli bir aktyora çevrildiyini bildirib.

‘‘Sabah’’: Mehmet Şimşək Dünya Bankı Qrupunun rәhbәri ilə görüşüb

Türkiyәnin xəzinə və maliyyə naziri Mehmet Şimşək dünən Dünya Bankının rәhbәri Banqa ilə görüşüb. Görüş zamanı Dünya Bankı ilə Türkiyə arasında 2024-2028-ci maliyyə illərini əhatə edən maliyyə və texniki əməkdaşlığın əsasını təşkil edən “Ölkə Əməkdaşlıq Çərçivəsi” müzakirə edilib.

‘‘Hürriyet’’: Abdulkadir Uraloğlu: ‘‘Hava limanları may ayında 20 milyon sərnişinə xidmət göstərdi’’

Türkiyәnin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu dünən verdiyi bәyanatda bu ifadәlәrә yer verib: "May ayında hava limanlarında 20 milyon 230 min 573 sərnişinə xidmət göstərildi. Yanvar-may ayları arasında 82 milyon 109 min 667 sərnişin hava yoluna üstünlük verib’’.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
trt.net.tr

1Mənbələr