AZ

MədəniyyətXalq artisti Leyla Şıxlinskayanın 77 yaşı tamam olur - FOTO

SİZİN REKLAM BURADA!055 213 76 73

Xalq artisti Leyla Şıxlinskayanın 77 yaşı tamam olur. 

Aktrisa, baletmeyster, xoreoqraf və pedaqoq Leyla Şıxlinskaya 1947-ci il iyunun 12-də Moskvada doğulub.

O balet məktəbini, daha sonra GİTİS-in teatrşünaslıq fakültəsini bitirib.

"Arşın mal alan" filmində (1965) Gülçöhrənin yadda qalan obrazını yaradıb.

Bundan başqa onun flmoqrafiyas;nda "Bağ mövsümü" (film 1985) - Əminə, "Cazibə qüvvəsi" (film 1964) - Nərgiz, "Dədə Qorqud" (film 1975) - Banuçiçək, "Gün keçdi" (film 1971) - Əsmər, "Xatirələr sahili" (film 1972) - Rəna, "Qəm pəncərəsi" (film 1986) - Zeynəb, "Qızıl qaz" (film 1972) - Şəfiqə, "Oxuyur Müslüm Maqomayev" (film 1971) - Tatyana Larina, "Ömrün ilk saatı" (film 1973) - Azərin sevgilisi kimi ekran işləri də var. 

Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib. Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib.

Leyla Şıxlinskaya həm də Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi "Şeyla" eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir.

Şıxlinskaya SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1990–1992-ci illərdə "Dyagilev-balet" truppasının baletmeysteri olub.

Leyla Şıxlinskayanın həyatı incəsənətlə bağlı olsa da, ailəsində həkimlər çoxluq təşkil edib. Bu əhatədə keçən uşaqlıq illəri 1999-cu ildə onu Leyla Şıxlinskayanın Klinikasını yaratmağa məcbur edib.

Bu tibb ocağı Azərbaycanda ilk şəxsi klinikalardan biri olub.1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə layiq görülüb.

1993-cü ildə "Azərbaycan Respublikasının "Əməkdar artisti" fəxri adına, 1998-ci ildə isə "xalq artisti" fəxri adına layiq görülüb.

BAKU.WS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
far.az

1Mənbələr