AZ

MY baş məçqçisi ilə bağlı yekun qərarını verdi

“Mançester Yunayted” rəhbərliyi ötən mövsümü təhlil edərək baş məşqçi Erik ten Haqla əməkdaşlığı davam etdirmək qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bildirilir ki, iyunun 11-də klubun rəhbərliyi ilə niderlandlı mütəxəssis arasında görüş keçirilib. Tərəflər birgə işi davam etdirmək barədə razılığa gəliblər. “Yunayted” ten Haqın komandanın gəncləri ilə işinin nəticələrindən razıdır və bunu ümidverici məqam kimi görür.

Məşqçinin Mançester təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Üstəlik, onu daha bir mövsüm uzatmaq variantı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
publika.az

1Mənbələr