AZ

Kremldən nüvə silahı təlimi ilə bağlı mesaj

Kremldən Rusiyanın Belarusla qeyri-strateji nüvə silahı təliminin ikinci mərhələsinin başlaması ilə bağlı açıqlama verilib.

Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, Qərbdə Rusiyaya qarşı hərbi əməliyyatlar hər gün təhrik edilir, ona görə də nüvə qüvvələrinin təlimlər keçirməsi və müharibə hazırlığını davam etdirməsi vacibdir.

Peskov Rusiyanın Belarusla qeyri-strateji nüvə silahı təliminin ikinci mərhələsinə başlaması ilə bağlı jurnalistlərə açıqlamalar verib.

Avropa qitəsində vəziyyətin kifayət qədər gərgin olduğuna diqqət çəkən Peskov, "Avropa paytaxtlarının və Vaşinqtonun hərəkətləri və qərarları ilə hər gün Rusiyaya qarşı yeni düşmənçilik hərəkətləri təhrik edilir. Hər gün təxribatlar baş verir. Ona görə də təbii ki, bu cür təlimlər və Döyüş hazırlıqlarının davam etdirilməsi bizim üçün çox əhəmiyyətli."

Ümumilikdə təlimi “normal təcrübə” kimi xarakterizə edən Peskov, “Müəyyən silah növləri varsa, o zaman silahlı qüvvələr döyüş hazırlığını lazımi səviyyədə saxlamalı və təlimlər keçirməlidir” deyib.

Rusiya Müdafiə Nazirliyi Rusiya prezidenti Vladimir Putinin qərarı ilə Belarus ordusu ilə qeyri-strateji nüvə qüvvələrinin təliminin ikinci mərhələsinin başladığını açıqlayıb.

Nazirlik mayın 21-də ölkənin Cənub Hərbi Dairəsində qeyri-strateji nüvə silahlarının tətbiqinə dair təlimlərə başladığını açıqlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
turkustan.az

1Mənbələr