AZ

Ağdamda 4 tona yaxın çətənə bitkisi məhv edilib

Ağdamda yabanı halda bitən 4 tona yaxın çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə Cinli kəndində yabanı halda bitən 4 tona yaxın 22313 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
10
apa.az

10Mənbələr