AZ

DİM bu imtahanları pulsuz KEÇİRƏCƏK? - AÇIQLAMA

DİM bu imtahanları pulsuz KEÇİRƏCƏK? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, iyunun 8-i və 9-u tarixlərindən birinci qruplar üzrə keçirilən test imtahanından abituriyentlər narazılıq edir. Onlar fənlə bağlı imtahana təyin edilən zamanın azlığından şikayətçidirlər. Abituriyentlər imtahan suallarının ayrılan 1 saatdan daha çox vaxt tələb etdiyini iddia edirlər. Bu iddianı bir sıra ekspertlərdə təsdiqləyir. Onlar bildirib ki, summativ və imtahan səviyyəli suallar tamamilə bir-biriylə örtüşmür. Sınaqlara hazırlıq prosesində bəllidir ki, müəyyən xərclər olur. Amma imtahanın 40-50 manat səviyyəsində olması, ailə büdcəsinə imkan vermir.

Artıq universitetlərə qəbul imtahanları prosesləri başlayıb. Bununla əlaqədar indidən sınaq və digər imtahanların baha olmağı ilə bağlı şikayətlər davam edir. Belə olan təqdirdə DİM sınaq və digər imtahanları pulsuz keçirə bilər?
DİMMövzu ilə bağlı Sonxeber.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, DİM status etibarilə publik hüquqi şəxsdir. Publik hüquqi şəxslərin maliyyə siyasəti və idarəetməsi ilə bağlı müstəqil qərarvermə hüququ vardır. DİM bu statusundan istifadə edərək sınaq imtahanlarının ödənişli keçirilməsi və qiymətlərin müəyyən dəyişimi ilə bağlı qərarlar verməkdə müstəqildir:

"Təbii ki, bu bazar münasibətləri, əhalinin illik gəlir tempi, qurumun özünün xərclər məsələsi və dünya təcrübəsindəki qiymətlər ilə müqayisə olunmalı və ondan sonra qərar qəbul edilməlidir. Mən publik hüquqi şəxsəm və istədiyim qiyməti qoymalıyam kimi yanaşma mümkün deyil. Demək olar ki, biz abituriyentlər və onların valideynləri ilə ünsiyyətdə oluruq. Düşünürəm ki, hazırkı sınaq imtahanları, magistratura və bakalavriat səviyyəsi üçün qoyulan imtahanın qiyməti qənaətbəxşdir. Bunu artırmaq barəsində addım atmağa tələsməməlidir. Bəzi detallar var ki, biz onları bilmirik. Ölkədə hər il 10 minlərlə abituriyent kəsimi olur. Onların böyük əksəriyyəti sınaqlarda iştirak edirlər. DİM-in keçirdiyi sınaq imtahanlarını hər hansı bir kursun hər həftə keçirdiyi sınaq imtahanı ilə bir edə bilmərik".

Ekspertin sözlərinə görə, DİM-in keçirdiyi sınaq daha rəsmidir və əsaslılığı daha çoxdur. Ona görə də DİM abituriyentlərin bəzi kursların yararsız sınaq imtahanlarına möhtac olmamaları üçün özü müəyyən stimullaşdırıcı addım atmalıdır:

"Məsələn DİM qiymətləri artırdıqca abituriyentlərdə həmin kurslara yönəlmə daha çox olacaq. Arqument kimi deyə bilərlər ki, DİM cəmi ildə bir dəfə sınaq imtahanı keçirir. Biz bununla razıyıq. Bir çox hazırlıq kursları var ki, həftədə bir dəfə sınaq imtahanları təşkil edirlər. Qiymətlər isə az deyil. Söhbət burada ondan getmir. Dövlət İmtahan Mərkəzi bu prosesi həyata keçirən bir qurumdur. Sınaqlar pullu ola bilər. Amma bazar münasibətləri qorunmalıdır. Adını belə eşitmədiyiniz, eşitsəniz belə elə hazırlıq kursları var ki, onlar bölgələrdə od qiymətinə sınaq imtahanı edirlər. DİM bunlara baxanda, düşünəcək ki, insanlar bu imtahanlara gedirsə, rəsmi dövlət qurumunun təşkil etdiyi sınaq imtahanına bu ödənişi verə bilər. Mən düşünürəm ki, DİM-un sınaq imyahalaririlə bağlı hazırkı mövqe o qədər də şərt deyil. Amma gələcəkdə bu sərtləşdirilməsə daha yaxşı olar".

Sevda Səfərova

Seçilən
43
sonxeber.az

1Mənbələr