AZ

PSJ və "Liverpul"da oynamış məşhur futbolçu Gürcüstan klubunda - RƏSMİ

"Liverpul"un sabiq futbolçusu Mamadu Sako karyerasını Gürcüstan çempionatında davam etdirəcək.

Sportal.az xəbər verir ki, 34 yaşlı mərkəz müdafiəçisi "Torpedo"ya keçib. Bu barədə Kutaisi təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı futbolçu bu gün Gürcüstana gedib tibbi müayinədən keçdikdən sonra müqaviləyə qol çəkəcək.

Qeyd edək, Mamadu Sako karyerası ərzində PSJ, "Liverpul", "Kristal Pelas" və "Monpelye"də çıxış edib. Fransa millisinin sabiq üzvü 2023-cü ilin noyabr ayından klubsuzdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
4
sportal.az

5Mənbələr