AZ

Bu stansiyalara da sürət qatarlarının hərəkəti başladı

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) iyun ayının 14-dən etibarənİsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni,müasir və komfortlu FLIRT – Flinker Leichter Intercity- undRegional-Triebzu (Sürətli, Rahat Şəhərlərarası və Regional Qatar)markalı qatarları Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişinlərinistifadəsinə verir.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumatverilib.

Bildirilib ki, 2019-cu ildə ADY ilə şirkət arasında imzalanmışmüqaviləyə əsasən alınmış FLIRT tipli 10 müasir qatardan dördüartıq ölkəmizdədir və test yürüşlərini tamamlayıb:

"Həmçinin, sərnişindaşımanın daha da genişləndirilməsi vəsərnişin məmnunluğunun təmin edilməsi məqsədilə ADY sürətlisərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucar stansiyalarındada dayanacaq verir. Bu, Ağdaş rayon sakinləri üçün açılan artıqikinci stansiyadır.

Beləliklə, həmin ərazilərdə yaşayan daha 200 minə yaxınvətəndaşın müasir “Stadler” qatarlarından istifadə etməkləsəfərlərini rahat və təhlükəsiz təşkil edə bilməsi üçün imkanyaranacaq.

Bundan başqa, ADY Qərb bölgəsinin sakinlərindən daxil olanmüraciətləri nəzərə alaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrəreyslərin sayını iki dəfəyədək artırır. Belə ki, sürətli qatarlarartıq hər gün səhər və axşam saatlarında həm Bakıdan, həm dəAğstafadan hərəkət edəcək. Bu da xətt üzrə təkcə Bakı şəhərindənQərb istiqamətində gedən sərnişinlərin yox, eyni zamanda əksistiqamətdən Bakı şəhərinə gələn sərnişinlərin rahatlığını təminedəcək.

Məlumat üçün bildirək ki, yeni istismara verilmiş FLIRT markalıbirmərtəbəli qatarların hər biri 5 vaqondan ibarətdir və sərnişintutumu 270 nəfərdir. Yeni nəsil təhlükəsizlik texnologiyası və birsıra innovativ mexanizmlərlə təchiz olunmuş qatarlarda standart,standart plyus, biznes və birinci sinif yerlər mövcuddur.

Xidmət keyfiyyətinin yüksəldilməsi baxımından qatarlar genişbar-vaqon salonuna malikdir və hər bir sərnişin rahatlıqla busalonun xidmətindən istifadə edərək isti və soyuq içkilər,qəlyanaltılar əldə edə bilər.

Sərnişindaşımada hər kəsə bərabər imkanlar yaratmağı hədəfləyənADY inklüziv cəmiyyət prinsiplərinə xüsusi önəm verir, maneəsizsəyahətin təmin edilməsi baxımından davamlı olaraq komplekstədbirlər həyata keçirir. Yeni qatarlarda da fiziki imkanlarıməhdud şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyicixidmətlər təklif olunur.

Belə ki, istər oturacaqlarda nömrələmə sistemi, istərsə də digərməlumat lövhələrində yazılar brayl əlifbasında da təqdim olunur,xüsusi giriş qapısı, sanitar qovşaq, oturacaqlar nəzərdə tutulub.Həmçinin onlayn bilet alışı zamanı sərnişinlərimiz üçün rəsmisaytımızda müyəssərlik menyusu seçimi yaradılıb. Müyəssərlikmenyusu epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnitivpozğunluğu olan istifadəçilər, bir sözlə, sağlamlıq imkanlarıməhdud sərnişinlər üçün nəzərdə tutulub. Həmin şəxslər menyuyadaxil olmaqla saytın görünüşünü, kontrastını, mətnin ölçü vəaralığını dəyişərək öz fərqliliklərinə uyğunlaşdıra bilərlər.

Ekoloji məsuliyyətini artırmaq baxımından davamlı işlər görənADY infrastruktur quruculuğunda təbiətə mənfi təsirlərin minimumaendirilməsi, tullantı sularının səmərəli idarə olunması, təmizenerji mənbələrindən istifadə, həmçinin kağız əsaslı əməliyyatlarınrəqəmsallaşdırılması istiqamətində dayanıqlı həllər təklifedir.

Bu istiqamətdə ilk addımlardan biri Abşeron dairəvi dəmir yoluxəttində hərəkət edən qatarlara kağız biletlərin satışınındayandırılması olub. Sərnişinlərə bütün marşrutlar üzrə səfərlərinidaha rahat təşkil etməyə imkan yaradan “ADY Mobile” tətbiqiistifadəyə verilib. Həmçinin sərnişinlərin “Google Pay və “ApplePay” kimi ödəniş üsullarından istifadə etməklə onlayn bilet alabilməsi üçün aparılan işlər son mərhələdədir. Görülmüş işlərinnəticəsində bu gün sərnişinlərin təxminən 70%-i səyahətödənişlərini onlayn qaydada həyata keçirir. Bundan başqa,qatarlarda və stansiyalarda ödənişsiz “Wi-Fi” zonalarınınyaradılması istiqamətində müvafiq addımlar atılır".

Qeyd edək ki, son illər ADY-də keçirilən islahatlar nəticəsindəsərnişindaşıma xidmətində yüksək artım tempi müşahidə olunur. Builin 5 ayında şəhərətrafı və ölkədaxili marşrutlarla 3,3 milyonayaxın sərnişin rahat və təhlükəsiz mənzilbaşına çatdırılıb ki, buda ötən ilin analoji dövrü ilə müqayisədə 21% çoxdur. ADY-nin yenialınmış qatarlarının istismara cəlb olunması sərnişindaşımaxidmətinin daha da təkmilləşdirilməsi və statistik nəticələrinartımına səbəb olacaq.

Xatırladaq ki, 2023-cü ildə ilk dəfə olaraq il ərzində 7 milyonsərnişin daşınıb. Bu göstərici pandemiyadan öncəki ölkədaxili vəbeynəlxalq daşımaların ümumi statistikasına nisbətdə iki dəfədənçoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
24
az.trend.az

10Mənbələr