AZ

Maldiv adaları İsrail vətəndaşlarının ölkəyə girişini qadağan edib

Maldiv adalarında İsrail vətəndaşlarının ölkəyə girişini qadağan etmək üçün tələb olunan qanun dəyişikliyi qəbul edilib. Bu barədə xarici KİV məlumat yayılıb.

Məlumata görə, buna səbəb Fələstində və Qəzza zolağında baş verən hücumlar olub.

Ölkənin müxalifət partiyasının hazırladığı İsrail pasportu olan şəxslərin Maldiv adalarına girişinin qarşısını alan qanun layihəsi parlamentdə səs çoxluğu ilə qəbul edilib.

Qanuna əsasən, ikili vətəndaşlığı olan şəxslər də daxil olmaqla bütün İsrail pasportu olan şəxslərin girişi qadağan edilib.
 
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 517-si uşaq, 10 min 279-u qadın olmaqla 37 min 124 fələstinli həyatını itirib, 84 min 712 nəfər isə yaralanıb.
 
Aytac

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
anews.az

1Mənbələr