AZ

Faciəli şəkildə vəfat edən futbolçu görün, kimin qohumu imiş?

Ötən gün faciəli şəkildə dünyasını dəyişən "Sabah"ın 19 yaşlı futbolçusu Amid Alxasov tanınmış iki veteranın qohumudur. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, mərhum "Turan Tovuz"un oyunçusu Slavik Alxasovun qardaşı İlhamın oğludur. O, həmçinin Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyevin bacanağının övladıdır.

Qeyd edilib ki, Amid Alxasov son mövsümü icarə əsasında "Səbail"in U-19 komandasına keçirib. O, Qusarda yaxınları ilə istirahətdə olan zaman kanalda çimmək istəyərkən boğularaq dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Amid Alxasov "Vətən" İdman Liseyinin 10-cu sinif şagirdi imiş.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
fanat.az

1Mənbələr