AZ

Qəbələdə içərisində iki nəfər olan avtomobil çayda batıb - VİDEO

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Laza kəndi ərazisində intensiv yağıntılar səbəbindən yaranan selin təsirindən içərisində 2 nəfərin olduğu minik avtomobilinin çaya düşərək batıb qalması barədə məlumat daxil olub.

Bu barədə BiG.AZ-.a FHN-in mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Xilasedicilər tərəfindən operativ olaraq həyata keçirilən qəza-xilasetmə əməliyyatı nəticəsində çayda batmış "VAZ-2106" markalı minik avtomobilinin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

Qəbələdə


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
37
big.az

10Mənbələr