AZ

3-cü kurs tələbəsi intihar edibmiş

Azərbaycan Texnologiya Universitetinin vəfat edən tələbəsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

Sabah.az-ın məlumatına görə, universitetin “Turizm işinin təşkili” ixtisasının 3-cü kurs tələbəsi Ergün Əliyev yaşadığı evdə intihar edibmiş.

Belə ki, 2000-ci il təvəllüdlü E.Əliyev 2 gün əvvəl Gəncə şəhəri A.İsgəndərov küçəsində yaşadığı evdəki çilçıraqdan özünü asıb.

Onun hansı səbəbdən həyatına qəsd etdiyi hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
15
sabah.az

10Mənbələr