AZ

Tağı Əhmədovdan 2 milyon alan şəxslərlə bağlı qərar verildi

Ali Məhkəmədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Qulu Muxtarov və Sahil Abuşovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, Qulu Muxtarov vəsatət ilə məhkəməyə müraciət edərək verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirib.


Məhkəmə vəsatəti təmin edib, kassasiya şikayətinin geri qaytarılması barədə qərar qəbul edib.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qulu Muxtarov 8 il 6 ay və Sahil Abuşov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Qulu Muxtarovun cəzasını 7 ilə endirib.


İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçirib. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olublar. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb. Səadət Xəlilov tək mühakimə olunub.


Səadət Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.


Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov 2 milyon manatı "Bakı Metropoliteni"nin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov verilmiş ittihamlarla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.


Sonradan Qulu Muxtarov və Sahil Abuşov tutularaq istintaqa cəlb olunub. 

 

Kamal Məmmədov 

Tarix: 12 İyun 2024, 09:48   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
3
pravda.az

4Mənbələr