AZ

Türkiyənin hərbi qüruru: "Altay" tankının möhtəşəm performansı nümayiş etdirildi

Türkiyənin yerli istehsalı olan və son texnoloji imkanları, müasir döyüş qabiliyyəti ilə hərbi sənayedə yeni bir dövrün başlanğıcını qoyan "Altay" tankının performansı nümayiş edilib.
Nümayiş zamanı "Altay" tankı müxtəlif maneələri asanlıqla keçərək yüksək manevr qabiliyyəti və çevik hərəkət imkanlarını nümayiş etdirib. Eyni zamanda, tankın atəş gücü və dəqiqliyi də sınaqdan uğurla çıxıb.
Qeyd edək ki, Türkiyənin tank istehsalı sahəsindəki ilk milli layihəsi olan "Altay" quru qoşunlarının ehtiyaclarını qarşılamaq və ölkənin tank qüvvələrini gücləndirmək məqsədi ilə yaradılıb. Yerli mühəndislərin bilik və bacarıqlarının məhsulu olan bu tank, həm dizaynı, həm də texniki xüsusiyyətləri ilə dünya səviyyəsində rəqabət aparmaq gücündədir.
Mənbə: "Militarist" "Telegram" kanalı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
50
oxu.az

10Mənbələr