Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, səfir cənab Peter Mixalko ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ətraf mühitin mühafizəsi sahəsində cari və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.