AZ

İrəvanda atışmada “Faz” ləqəbli kriminal başçı güllələnərək öldürülüb

İrəvanda “Çeryomuşkinski Faz” ləqəbi ilə tanınan kriminal başçı avtomobildə güllələnərək öldürülüb. Bizimyol.info xəbər verir ki, bu barədə "shamshyan.com" kriminal xronika saytı məlumat yayıb. Daha əvvəl Ermənistan mətbuatı yazıb ki, iyunun 11-də gecə yarısına az qalmış paytaxtın Ajapnyak rayonunda atəş səskləri eşidilib. Yaxınlıqdakı evlərin sakinləri, ehtimal edirlər ki, onlar avtomobildən açılan avtomat atəşi səslərini eşidiblər. "Shamshyan"ın yazdığına görə, saat 23:05 radələrində Şinararneri küçəsində atışma ilə bağlı polisə zəng gəlib və yaralının olduğu bildirilib. Şöbə rəisi Edqar Baroyanın rəhbərlik etdiyi istintaq qrupu və növbətçi müstəntiq hadisə yerində qabaq və yan şüşələrində çoxsaylı güllə izləri, salonda qan izləri olan “Toyota Land Cruiser” markalı avtomobil aşkarlayıb. Ermənistanın mətbuatı xəbər verir ki, “Toyota Land Cruiser”in (qurbanın olduğu yerdə) qabaq şüşəsinə atəş açılıb, bindan sonra yolun hərəkət hissəsində bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. "Shamshyan" yazır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyərkən xəstəxanadan yaralının özünə gəlmədən öldüyü barədə xəbər daxil olub. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
bizimyol.info

1Mənbələr