AZ

Qadınlar 58 yaşında pensiyaya çıxacaq: Şərtlər belədir – Ekspert açıqladı

Pensiya yaşınını optimallaşdırılması məqsədi ilə kişilər və qadınlar üçün 60 yaş həddi müəyyənləşməsi daha məqbuldur. Təbii ki, burada da seçimlərin olması şərti mümkündür. Eyni zamanda qadınlara münasibətdə uşaq sayına uyğun olaraq pensiya yaş həddinin azaldılması amili var. Hər uşağa görə 6 ay əgər pensiya yaşı azaldılarsa, 4 uşağı olan qadın bu mexanizmlə 58 yaşında pensiyaya çıxa bilər. Bu göstərici 1 il olarsa, o zaman 4 uşağı olan qadın 56 yaşında pensiya çıxmaq hüququ qazanacaq.

Bunu Teleqraf.com-a iqtisadçı Rəşad Həsənov deyib.

O qeyd edib ki, bu çərçivələr müəyyən qədər müzakirə olunandır:

“Azərbaycanda bugünkü şərtlər daxilində pensiya yaş həddi yuxarıdır. Bu əmək bazarının tələblərinə uyğun deyil. Əhalinin əmək qabiliyyətini qoruyub saxlamaq müddəti də nəzərə alınmalıdır. Bu, orta yaş həddinə uyğun olmalıdır. Ölkəmiz bu sahədə MDB məkanında ən yüksək göstəricilərə malikdir”.

İqtisadçı hesab edir ki, bu məsələdə Avropa ilə ölkəmizin mövqeyi arasında uzlaşma aparmaq mümkün deyil:

“Bəzi Avropa ölkələrində pensiya 60-62 yaş həddindədir. Orada da pensiya yaşının 65-67-ə çatdırılması istiqamətində müəyyən proseslər gedir. Burada isə orta yaş həddi əsas götürülür. Çünki həmin ölkələrdə orta yaş həddi 70-73 deyil, 85-ə doğru dəyişir”.

Rəşad Həsənova görə, Fransada pensiya yaşı kişilər üçün 79, qadınlar üçün 84-dür:

“Orta yaş həddi isə əhali üçün 82-dir. Bu şərtlər daxilində Fransanın pensiya yaş həddini 62-dən 65-ə dəyişmək istəyi olsa da bu böyük etirazlarla müşahidə edildi. Azərbaycanda isə resurs mənşəli iqtisadi model mövcuddur. Ona görə də, bütün sosial müdafiə mexanizmləri, o cümlədən, pensiya sistemi resurs gəlirlərinin əhaliyə ötürülməsi kimi görülməlidir. Məhz bu amillər əhalinin sosial vəziyyətinə müsbət təsir edəcək alət kimi nəzərə alınmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
2
teleqraf.com

3Mənbələr