AZ

Ağ Ev: Bayden və Zelenski görüşəcək

ABŞ prezidenti Co Bayden ilə ukraynalı həmkarı Vladimir Zelenski iyunun 13-də İtaliyada keçiriləcək G7 sammiti çərçivəsində görüşəcək və birgə mətbuat konfransı keçirəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi məlumat verib.

"Prezident Bayden və prezident Zelenski Ukraynaya indi və gələcəkdə güclü dəstəyimizi müzakirə etmək üçün görüşəcəklər. Görüşdən sonra hər iki lider mətbuat konfransında iştirak edəcəklər", - Kirbi bildirib.

O əlavə edib ki, G7-nin bu həftənin sonunda keçiriləcək görüşündə ABŞ-ın Ukrayna ilə bağlı öhdəliyi birbaşa və aydın şəkildə davam edəcək.

Putinə vaxtın onun tərəfində olmadığını və Ukraynanı azadlıq mübarizəsini dəstəklədiklərini göstərmək üçün cəsarətli addımlar atacaqlarını deyən Kirbi əlavə edib ki, Rusiyanın hücumu təkcə Ukraynada demokratiyanı təhdid etmir, həm də bütün Avropa qitəsində təhlükəsizliyə təsir edir.

Xatırladaq ki, prezidentlər - Zelenski və Bayden keçən həftə Fransada görüşmüşdülər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
1
ikisahil.az

2Mənbələr