AZ

Ərəblər "Real"ın ulduzu üçün "kisənin ağzı"nı açdılar - Fantastik məbləğ 

"Real Madrid"in müdafiəçisi Antonio Rüdiger karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb. 

Mənbənin məlumatına görə, "Əl-Nəsr" alman müdafiəçini sıralarına qatmağa çalışır. 

Kriştianu Ronaldunun çıxış etdiyi klub Rüdigerə 100 milyon avroluq müqavilə təklif etməyə hazırlaşır.

Son mövsüm İspaniya nəhənginin forması ilə bütün turnirlərdə 48 rəsmi oyuna çıxan Rüdiger 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Seçilən
101
fanat.az

1Mənbələr