AZ

Qazaxda 2 avtomobil toqquşdu - 3 nəfər xəstəxanalıq oldu

Qazaxda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində  baş  verib.

Hərəkətdə  olan "Ford" və "VAZ" markalı minik avtomobillərinin  toqquşması nəticəsində 1964-cü il təvəllüdlü İ.Musayev, 1955-ci il təvəllüdlü Ş.Mustafayeva və daha bir nəfər xəsarət alıb.

Zərərçəkənlər təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.

Onlardan Ş. Mustafayevanın vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
bizim.media

1Mənbələr