AZ

Putinin dostunun bloku keşiş Baqratın hərəkatına hər cür dəstək verəcəyini bir daha təsdiqlədi...

Ermənistan müxalifətinin “Hayastan” bloku ötən həftə ikinci prezident, blokun lideri, Xocalı canisi, terrorçu eks-prezident Robert Köçəryanla görüşüb.
 
Moderator.az xəbər verir ki,  “Johovurd” gündəlik qəzetinin məlumatına görə, iclasda alyansın gələcək fəaliyyəti, həmçinin “Vətən uğrunda Tavuş” hərəkatının fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. 
 
Putinin terrorçu dostunun ətrafında birləşmiş müxalifət partiyaları həm parlamentdə, həm də küçə mübarizəsində Baqrat Srbazanın rəhbərlik etdiyi hərəkata bütün imkanları ilə dəstək verəcəklərini bir daha təsdiqləyiblər.
 
“Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan da “Johovurd” qəzetinə müsahibəsində məlumatı təsdiqləyib. 
 
“Blokun tərkibində ikinci prezident və ya deputatlarla mütəmadi olaraq görüşlər keçirilir, təəccüblənməyə əsas yoxdur”- deyə revanşist deputat vurğulayıb.
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
2
moderator.az

3Mənbələr