AZ

Təkrar sertifikasiyada 30 bal toplaya bilməyən müəllimlər kimlərdir? - AKTUAL

"İyunun 8-də keçirilmiş sertifikasiya imtahanında keçid balını toplaya bilməyən müəllimlərin hansı orta ixtisas və yaxud ali təhsil müəssisələrinin məzunları olduqları hələ təhlil edilməyib. Müvafiq araşdırma apardıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək".Bu sözləri Sputnik Azərbaycan-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sözcüsü Zenfira Sevdimalı söyləyib.Qeyd edək ki, iyunun 8-də keçirilən müəllimlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7296 müəllimdən 3909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplaya bilməməsi geniş rezonansa səbəb olub. Onların hansı orta ixtisas və ali məktəb məzunları olduğu, maraq doğurub. Məlumat üçün bildirək ki, onlardan 3424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub.Təhminə Mahmudova adlı müəllim Sputnik Azərbaycan-a bildirib ki, əksər müəllimlərin sertifikasiyadan keçə bilməməsinin əsas səbəbi kompyuterdə işləyə bilməməsidir. Onun iddiasına gərə imtahandan kəsilənlərin çoxu yaşı 55-dən yuxarı olan müəllimlərdir.Nicat Salmanov adlı digər müəllim isə iddia edir ki, imtahandan kəsilən müəllimlərin əksəriyyəti uzun illərdir öz ixtisasları üzrə dərs keçməyən müəllimlərdir. Hansı ki, onlara sinif verilmədiyindən, uzun illərdir təsviri incəsənət, həyat bilgisi, fiziki tərbiyyə kimi ara fənləri tədris edirlər.Təhsil eksperti Elçin Əfəndi Sputnik Azərbaycan-a açıqlamasında müəllimlərin sertifikasiya imtahanında verilmiş ikinci cəhddən də kəsilməsinin acınacaqlı vəziyyət olduğunu söyləyib. Ekspert bildirib ki, onlar 0-30 bal aralığında nəticə əldə ediblər:"Bu müəllimlərin əksəriyyəti orta ixtisas üzrə təhsil müəssisələrini bitirənlərdir. Bəzilərinin isə nə vaxt orta ixtisas təhsili aldıqları naməlumdur".E.Əfəndi gələcəkdə onların təlimlərə cəlb edilməsinin səmərə verməyəcəyi qənaətindədir. Bununla belə onların fənn kurikulum proqramlarına cəlb edilməsinin mümkün olduğunu söyləyib.Digər təhsil eksperti Kamran Əsədov hər ixtisas üzrə 10-12 faiz müəllimin sertifikasiyadan kəsiləcəyinin gözlənilən olduğunu söyləyib. O, bildirib ki, 2014-2018-ci illərdə keçirilən diaqnostik imtahanlar bunu deməyə əsas verib.K.Əsədov 4 minə yaxın müəllimin artıq öz işini itirdiyini söyləyib. Qeyd edib ki, bununla belə, həmin müəllimlər MİQ imtahanlarında iştirak edərək şanslarını təkrar sınaya bilərlər."20-30 illik pedoqoji stajı olan müəllimlərin sertifikasiyaya cəlb olunması günün tələbidir. Biz 4 min müəllimi itirsək də, onların yerinə 4 min savadlı müəllimi işə qəbul etmiş olacağıq. Azərbaycanda dərsliklər dəyişsə də, mövzular dəyişməyib. Fonetika, isim, sifət olduğu kimi qalıb. Bu müəllimlər imtahan olunduqları mövzularda uşaqlara bilik öyrədiblər. Bu o deməkdir ki, onlar öz öyrətdikləri dərslərdən 0-29 bal toplayıblar. İbtidai sinif təməl hesab olunur. Ana dili də əsas strateji fənn sayılır. Bu o deməkdir ki, həmin müəllimlərin bilik səviyyəsi çox aşağı olub", - Kamran Əsədov bildirib.Xatırladaq ki, Təhsil İnstitutunun hazırladığı "Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsi"nə əsasən test imtahanında Azərbaycan dili və ədəbiyyat fənnindən oxu üzrə 8, yazı mövzusunda 3, dil qaydaları barədə 19, ədəbiyyat və həyat həqiqətləri mövzusu üzrə isə 20 sual salınıb.Təkrar sertifikatlaşdırmada ötənilki imtahanda uğur qazanmamış Azərbaycan dili və ədəbiyyat müəllimləri də iştirak ediblər. 2022 və 2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31227 ibtidai sinif, 9247 Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 8410 müəllimin əməkhaqqısına 35 faiz, 23538 müəllimin əməkhaqqısına isə 10 faiz artım tətbiq olunub.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr