AZ

Bakıda üç nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakının mərkəzində 2 avtomobil və 1 mopedin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Nəsimi rayonunda Rəşid Behbudov prospekti ilə Xəqani küçəsinin kəsişməsində qeydə alınıb. Yol nəqliyyatı hadisəsi nəticəsində avtomobillər və moped yararsız vəziyyətə düşüb. Yol təsərrüfatına ciddi ziyan dəyib.

Mopedin sürücüsü xəsarət alaraq xəstəxanaya çatdırılıb. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.

Bakıda Bakıda Bakıda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
apa.az

2Mənbələr