AZ

BiznesBursada Azərbaycanda investisiya qoymaq imkanları müzakirə olunub

Türkiyənin Bursa şəhərində Bursa Ticarət və Sənaye Palatasının (BTSP) təşkilatçılığı ilə “Azərbaycanın investisiya mühiti: stimullaşdırma, güzəştlər, idxal və ixrac imkanları” mövzusunda seminar keçirilib.

“Report” xəbər verir ki, bu barədə BTSP-nin linkedin hesabında bildirilib.

Bildirilib ki, adı çəkilən tədbir Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrinin müavini Murat Bayızıt, Azərbaycanın Türkiyədəki Ticarət nümayəndəsi Tamerlan Tağıyev və Azərbaycanın İstanbuldakı Ticarət Nümayəndəliyinin baş məsləhətçisi Cavid Abdullayev və Bursa iş dünyası nümayəndələrinin iştirakı ilə baş tutub.

“Tədbirdə Azərbaycanda investisiya imkanları, vergi güzəştləri və təşviqlər barədə söz açılıb, iki dost və qardaş ölkə arasında potensial əməkdaşlıq imkanları dəyərləndirilib”, – məlumatda diqqətə çatdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
far.az

1Mənbələr