AZ

Putindən Türkiyə ilə bağlı açıqlama: Biz bunu alqışlayırıq

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Türkiyə ilə əlaqələrinin inkişafını alqışladıqlarını ifadə edərək, “Bütün inkişaflar dostum Türkiyə prezidenti Ərdoğanın rəhbərliyi və birbaşa dəstəyi ilə baş verir” deyib.

Kremldən verilən məlumata görə, Putin xarici işlər naziri Hakan Fidanı Kreml sarayında qəbul edib.

Nazir Fidanın Rusiyanın Nijni Novqorod şəhərində BRİKS üzvü olan ölkələrin xarici işlər nazirləri ilə görüşdüyünü ifadə edən Putin, "Türkiyənin BRİKS-in işinə olan marağını alqışlayırıq. Onun bu Birlik ölkələri ilə birlikdə olmaq istəyini hər cəhətdən mütləq dəstəkləyəcəyik" deyib.

Mövcud vəziyyətin xüsusilə iki ölkənin yerləşdiyi regionda təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından daha çox qarşılıqlı fəaliyyət tələb etdiyini vurğulayan Putin, “Baxaq qeyd etdiyim hər şey bu və ya digər şəkildə bizim prioritetlərimiz arasındadır və effektiv şəkildə inkişaf etdirilir", - deyə vurğlayıb.

Ötən il artıma baxmayaraq bu il iki ölkənin ticarət həcmində azalma olduğuna diqqət çəkən Putin, bunun əsas səbəbinin ixrac və idxal olunan malların qiymətində düzəliş olduğunu və bu vəziyyəti kompensasiya edəcəyinə ümid etdiklərini söyləyib.

"Türkiyənin böhranların həllinə töhfə vermək əzmini alqışlayırıq"

Ukrayna böhranına toxunan Putin bu cür dəyərləndirmə edib:

"Türkiyəli dostlarımızın böhran vəziyyətlərinin, o cümlədən Ukrayna böhranının həllinə töhfə vermək əzmini alqışlayırıq. Danışıqlar prosesinə verdiyiniz dəstəyə və Ukrayna münaqişəsinin həllinə dair danışıqlar üçün İstanbul platformasını təqdim etdiyinizə görə sizə təşəkkür etmək istərdim".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
kommersant.az

1Mənbələr