AZ

İrəvanda atışma -KRİMİNAL AVTORİTET ÖLDÜRÜLDÜ

İrəvanın Ajapnyak rayonunda atəş səsləri eşidib.

 

Senzor.az bildirir ki, bu barədə yerli media məlumat yayıb.

 

Sakinlər atəşin bir neçə dəfə avtomobildən və avtomat silahdan açıldığını bildiriblər.

 

Ermənistan Daxili İşlər Nazirliyi olayla bağlı açıqlama yayaraq, operativ qrupun əraziyə yollandığını qeyd edib.

 

"Şamşyan.com" saytı isə İrəvanda “Çeremuşkinski Faz” ləqəbi ilə tanınan kriminal avtoritetin öldürüldüyünü yazıb.

Onun "Toyota Lənd Kruizer" markalı avtomobildə güllələndiyi bildirilir. Avtomobilin ön şüşəsində sürücü tərəfdən, o cümlədən yan tərəfdə çoxsaylı güllə izləri var.


Senzor.az




Seçilən
58
1
senzor.az

2Mənbələr