ABŞ-ın Corciya ştatının Atlanta şəhərində ticarət mərkəzində baş vermiş atışma zamanı 4 nəfər ölüb.
Axar.az xəbər verir ki, hadisə mərkəzin restoranlar yerləşən mərtəbəsində baş verib.
Atlanta polisinin verdiyi məlumata əsasən, ölənlərdən üçü ziyarətçidir. Şübhəli şəxs hadisə zamanı güllələnib. Polis hadisənin səbəblərini araşdırır.