AZ

İrəvanda atışma səsləri eşidildi: Ölən var - VİDEO

İrəvanın Şinararner küçəsində atışma səsləri eşidilib. 

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib. 

"Hazırda hadisə yerində işçi qrupu işləyir, daha sonra məlumat veriləcək", - deyə Narek Sarkisyan bildirib. 

Hadisə şahidlərinin sözlərinə görə isə küçədə avtomat atəşi səsləri eşidilib.

Sputnik Armeniya-nın müxbirinin sözlərinə görə, "Toyota Land Cruiser" markalı avtomobilin qabaq şüşəsinə atəş açıldıqdan sonra yolda bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. 

Ermənistan Daxili İşlər Nazirliyi atışma nəticəsində ölənlərin olduğunu təsdiqləsə də, ad açıqlamayıb.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
2
musavat.com

4Mənbələr