AZ

Runi “Arsenal”ın futbolçusunu təriflədi

İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi Avropa çempionatına hazırlaşan “Arsenal”ın futbolçusu Bukayo Sakanın oyun keyfiyyətindən danışıb.



Komanda.az “Afc Stuff”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, Sakanın son bir neçə ildə fantastik performans nümayiş etdirdiyini bildirib:



“O, İngiltərə millisinin hücumunun sağ cinahında yerini möhkəmləndirdi. Saka matçın gedişatını dəyişən və nəticə qazandıra bilən oyunçudur. O, xüsusilə, son bir neçə ildə fantastik performans nümayiş etdirib”.



Saka İngiltərə Premyer Liqasının son mövsümünü 35 matçda 16 qol və 9 məhsuldar ötürmə ilə başa vurub.



“Arsenal”ın futbolçusu AÇ-2020-nin finalında İtaliya millisinin qapısına penalti vura bilməməsi ilə yadda qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərİngiltərə Ueyn Runi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
komanda.az

1Mənbələr