AZ

Bütün cəbhəsi boyunca aktiv döyüş əməliyyatları gedir...

...Hazırda Qərbin Ukraynaya ötürdüyütexnika üçün ov son dərəcə aktivdir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu vaxtlarda “Abrams” tankı pilotsuz təyyarənin köməyi ilə məhv edilib.

Seversk şəhərində ukraynalı yaraqlıların yerləşdiyi yerə hücum lentə də alınıb.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Dnepropetrovsk aerodromuna hücumun videosunu da yayıb.

Burada birbaşa zərbə nəticəsində Ukraynanın “Su-25” təyyarəsi məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin əsas logistik qovşaqlarından biri olan Konstantinovkanın kənarında Rusiya dəniz piyadaları ukraynalıların mövqelərinə yaxınlaşıb. Kiçik qruplar halında hərəkət edərək onlara ciddi zərbələr endiriblər.

Rus saytlarının yazdığına görə, bütün cəbhə boyu aktiv döyüş əməliyyatları davam edir. Bir sıra rayonlarda ukraynalılar hətta yaralıları belə qoyaraq geri çəkilirlər.

...Ruslar, Kirill Dotsenko adlı ukraynalının dada belə tutulduğunu bildirirlər.

Dotsenkonun dediyinə görə, xidmət etdiyi bölükdə otuzdan az adam var, əksəriyyəti də 40-45 yaşlarında...Onların da arasında döyüşmək istəyənlər yoxdur.

...Təkcə son 24 saat ərzində “Cənub” qoşun qruplaşmasının bölmələri Ukrayna Silahlı Qüvvələrinin üç mexanikləşdirilmiş briqadasını bir anda məğlub edib. Düşmən yeddi yüzdən çox yaraqlısını, iki zirehli transportyorunu, 12 texnikasını və Amerika istehsalı olan bir M-777 haubitsasını itirib.

...Mərkəz qrupunun qoşunları da cəbhənin öz sektorunda taktiki vəziyyəti yaxşılaşdırıblar. Döyüş təmas xəttinin şərq hissəsində hücum qoşunlarının hərəkətləri də uğurlu alınıb. ...“Vostok” qoşun qruplaşmasının mətbuat mərkəzinin rəhbəri Aleksandr Qordeevin dediyinə görə, təmsil etdiyi qruplaşmabölmələri Urojayni bölgəsində 58-ci motoatıcı briqadanın canlı qüvvəsini və texnikasını məğlub edib. Onların 135 hərbçisi, bir tankı, beş maşını, M-198 və Msta-B haubitsaları məhv edilib.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
sia.az

1Mənbələr