AZ

Vaşinqtonda Azərbaycanın COP29-a sədirliyinə hazırlığı müzakirə olunub

ABŞ-nin paytaxtı Vaşinqtonda "İqlim dəyişikliyi və Azərbaycanın COP29-a sədrliyi" mövzusunda tədbir keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, ölkəmizin ABŞ-dəki səfiri Xəzər İbrahim Vaşinqton şəhərinin Beynəlxalq Tələbə Evində hibrid formatda keçirilən tədbirdə çıxış edib.

Tədbirdə səfir X.İbrahim iqlim dəyişikliyi və Azərbaycanın COP 29-a sədrliyi barədə iştirakçıları məlumatlandırıb.

Diplomat Azərbaycanın ətraf mühit və iqlim fəaliyyətinə COP 29 sədrliyindən daha çox öncə başladığını vurğulayaraq, ölkənin külək və günəş enerjisi kimi bərpa olunan enerji mənbələri üçün böyük potensiala malik olduğunu qeyd edib. Səfir bu xüsusda əməkdaşlığın davam etidirilməsinin vacibliyindən bəhs edib.

X.İbrahim, həmçinin Azərbaycanın COP 29-a sədrliyi zamanı əsas prioritetlərdən birinin iqlim maliyyəsi olduğunu deyib.

Diplomat COP 29-un keçiriləcəyi Bakı Olimpiya Stadionu ərazisinin illər əvvəlki və hazırkı vəziyyətindən, eləcə də bundan əvvəl "Qara şəhər" adı ilə tanınan ərazidən və "Ağ şəhər" konsepsiyasından söz açıb.

Tədbirdə qonaqlara Azərbaycan və ölkəmizin COP 29 sədrliyinə dair video-çarxlar təqdim olunub, daha sonra sual-cavab sessiyası baş tutub.

Sonda xarici qonaqlara Azərbaycan milli mətbəxinin təamları təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2
azreform.net

3Mənbələr