AZ

Zorlamada təqsirli bilinən futbolçu Robinyo həbsxanada yeni peşə öyrənir

Braziliya həbsxanasında olan keçmiş futbolçu Robinyo həbsxanada elektronikanın əsasları üzrə 600 saatlıq kursda oxuyur.

32gun.az bildirir ki, bu barədə "Marca" xəbər verib 

"Onun bəyənib-bəyənmədiyini söyləmək çətindir, lakin bu, vaxt keçirməyə kömək edir" oyunçunun vəkili deyib. 

"Real Madrid"in sabiq hücumçusu, 40 yaşlı Robinyo İtaliya məhkəməsi tərəfindən qrup şəklində zorlamada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə 2013-cü ildə forvardın "Milan"da çıxış etdiyi vaxt baş verib. Robinyo və onun dörd dostu həmin gün ad gününü qeyd edən Albaniya vətəndaşına qarşı cinsi təcavüz edib.

Robinyo 2005-2008-ci illərdə "Real Madrid"də çıxış edib. O, Los Blancos forması ilə 101 oyuna çıxıb. O, klubla birlikdə iki dəfə İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb.

Braziliyalı həm də İngiltərənin “Mançester Siti” və İtaliyanın “Milan” komandalarında çıxışı ilə tanınır. Karyerasının son illərində hücumçu  Çin və Braziliyada çıxış edib .
Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
32gun.az

1Mənbələr