AZ

Sahibə Qafarova belaruslu parlamentariləri COP29 çərçivəsində konfransa DƏVƏT ETDİ

Milli Məclisin sədri Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova və Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonu bu ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində Milli Məclislə Parlamentlərarası İttifaq tərəfindən birgə təşkil olunacaq Parlament konfransında iştiraka dəvət edib.

Bizim.Media xəbər verir ki, spiker dəvəti belaruslu parlamentarilərlə görüşü zamanı diqqətə çatdırıb.

Görüşdə bu ilin noyabrında Bakıda keçiriləcək COP29 haqqında da danışılıb. 

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
bizim.media

1Mənbələr