AZ

Putin Suriya ilə bağlı Astana formatının saxlanmasının tərəfdarı olduğunu bildirib

Rusiya Türkiyənin Suriya nizamlanmasına verdiyi töhfəni yüksək qiymətləndirir və Astana formatında (Rusiya, Türkiyə və İran) işi davam etdirməyi zəruri hesab edir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə deyib.

"Biz Suriya böhranının həllində birlikdə mühüm rol oynadıq və hesab edirəm ki, Astana formatını davam etdirmək, terrorla mübarizə aparmaq, bizim üçün ən vacib olan sahədə vəziyyətin normallaşması üçün bizdən asılı olan hər şeyi etmək düzgün olardı", - Rusiya lideri qeyd edib.

"Vəziyyət çox müsbət yöndə inkişaf edir", - deyə Putin əlavə edib. O, Fidandan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ən xoş arzularını çatdırmağı xahiş edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
iqtisadiyyat.az

1Mənbələr