AZ

HƏMAS atəşkəs təklifinə rəsmi cavab verdi - Yenilənib

HƏMAS İsrailin atəşkəs və girovlarla bağlı razılaşma təklifinə görə Misir və Qətərə rəsmi cavab verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

“Məsələ ilə tanış olan iki səlahiyyətli şəxs bildirib ki, HƏMAS vasitəçilər Qətər və Misirə İsrailin girovlarla bağlı razılaşma və atəşkəs təklifinə rəsmi cavab verib”, - qeyd olunub.

Digər təfərrüatlar açıqlanmayıb.

***

HƏMAS və “İslami cihad” Qəzza zolağında atəşkəs razılaşmasına nail olmaq üçün müsbət addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər.

Qeyd edək ki, iyunun 10-da BMT Təhlükəsizlik Şurası ABŞ-nin İsrail və HƏMAS arasında atəşkəsə dair qətnamə layihəsinin lehinə səs verib. Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü bu sənədin lehinə səs verib.

Seçilən
135
3
qafqazinfo.az

4Mənbələr