AZ

HƏMAS atəşkəs təklifinə rəsmi cavab verdi

HƏMAS İsrailin atəşkəs və girovlarla bağlı razılaşma təklifinə Misir və Qətərə rəsmi cavab verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” portal məlumat yayıb.

“Məsələ ilə tanış olan iki şəxs bildirib ki, HƏMAS vasitəçilər Qətər və Misirə İsrailin girovlarla bağlı razılaşma və atəşkəs təklifinə rəsmi cavab verib”, - qeyd olunub.

Digər təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, iyunun 10-da BMT Təhlükəsizlik Şurası ABŞ-nin İsrail və HƏMAS arasında atəşkəsə dair qətnamə layihəsinin lehinə səs verib. Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü bu sənədin lehinə səs verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
3
qafqazinfo.az

4Mənbələr