AZ

Hər bir kəs ayıq sayıq olmağa çalışmalıdır



Türkiyə -Azərbaycan qardaşlığı və müttəfiqliyi elə bir yüksək səviyyədə inkişaf edir ki, bunun, dünyanın heç bir yerində ikinci belə bir müttəfiqlik və qardaşlıq nümunəsi yoxdur. Bu inkişafın davam etdirilməsi həmçinin, iki ölkənin xarici siyasətində də əsas məqsədlərindən biri kimi önəm daşıyır. Türkiyənin dostu dostumuzdur, düşməni düşmənimiz.Bu həmçinin ən kritik vaxtlarda, Azərbaycanın mənfur qonşumuz Ermənistanla, erməni separatçıları və işğalçıları ilə apardığı müharibə zamanı, erməni havadarlarının üzərimizə hamısının birdən gəldiyi bir vaxtda, qardaş Türkiyənin rəsmilərinin, insanlarının bizə xitabən söylədikləri sözlərdir. Türkiyə Azərbaycanın dar günündə sınaqdan çıxmış qardaş ölkə kimi daima yanımızdadır. Son günlər, xüsusilə də Azərbaycan prezidentinin Misir səfərindən sonra bəzi düşmən mövqedə olan qüvvələr yenidən Türkiyə və Azərbaycan münasibətlərinin inkişafına zərbə vurmaq məqsədilə sosial şəbəkələrdə və bəzi saytlar vasitəsilə çirkin, əsassız məlumatlar paylaşırlar. Əslində belə şeylər boş propoqandadan başqa bir şey deyil.Amma, bütün bunlar bizm inkişafımıza xələl gətirməməlidir. Bunun üçün hər bir kəs ayıq sayıq olmağa çalışmalıdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
newscenter.az

1Mənbələr