21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirib. U-21 Bakıda Bolqarıstan yığması ilə qarşılaşıb.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, U-21 Bakıda Bolqarıstan yığması ilə qarşılaşıb.“Liv Bona Dea Arena”da təşkil olunan görüşdə hesab açılmayıb.
Qeyd edək ki, millimiz iyunun 7-də Senec Məşq Mərkəzində keçirilən yoldaşlıq oyununda Slovakiya yığmasına 2:3 hesabı ilə məğlub olub.
Yoldaşlıq görüşü
11 iyun
Azərbaycan – Bolqarıstan - 0:0
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əli Əliyev
“Liv Bona Dea Arena”