AZ

“Real” KDÇ-dən imtina etdi!

“Real” 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında (KDÇ) iştirak etməyəcək.

“Football-plus.az” xəbər verir ki, bunu jurnalistlərə komandanın baş məşqçisi Karlo Ançelotti açıqlayıb.
İtaliyalı mütəxəssis İspaniya mətbuatına bu barədə açıqlamasında belə deyib: “FİFA unudur ki, əksər aparıcı klublar və oyunçular bu turnirdə iştirak etməyəcəklər.
“Real”ın 1 matçı 20 milyon avroya başa gəlir. FİFA isə bütün turnir üçün bizə cəmi 20 milyon avro vermək istəyir. Bu, çox pisdi. “Real” da digər klublar kimi dəvətdən imtina edəcək”.

KDÇ 2025-ci ildə ABŞ-də yeni format əsasında keçiriləcək. Turnir iyunun 15-də başlayacaq və təxminən bir ay - iyulun 13-dək davam edəcək. Klubların növbəti mundialında rekord sayda – 32 komanda iştirak edəcək. Yeri gəlmişkən, KDÇ-nin 2023-cü ildə keçirilən finalının qalibi “Fluminense”ni (Braziliya) 4:0 hesabı ilə məğlub edən “Mançester Siti” olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
football-plus.az

1Mənbələr