AZ

Hollandiya Ukraynaya təlimatçı göndərməyi planlaşdırmır

Hollandiya Fransanın istədiyi kimi öz hərbi təlimatçılarını Ukraynaya göndərməyi planlaşdırmır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Rutte NOS telekanalına müsahibəsində bildirib.

"Həmişə yaradıcı düşünmək lazımdır və mən bunu fransızlara münasibətdə yüksək qiymətləndirirəm, lakin Hollandiya eyni addımı atmaq niyyətində deyil", - Rutte qeyd edib.

Daha əvvəl Rutte bildirmişdi ki, Hollandiya Ukraynaya həyati əhəmiyyətli enerji infrastrukturunun təmiri, humanitar yardım və biznesin bərpası təşəbbüsləri üçün 138 milyon avroluq yeni yardım paketi ayırır. O, həmçinin qeyd edib ki, Hollandiyanın yeni hökuməti hazırkı həcmdə Ukraynaya dəstəyi davam etdirəcək. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
iqtisadiyyat.az

1Mənbələr