AZ

Qara dənizin dibində qədim şəhər AŞKAR EDİLDİ

Arxeoloqlar Qara dənizin dibində, orta əsrlər dövrünə aid qədim tikili fraqmentlərini və antik amforaları aşkar ediblər.

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Sevastopol Dövlət Universitetinin mətbuat xidməti məlumat yayıb.

Rusiyalı alimlər 2023-cü ilin iyun-dekabr aylarında Abxaziya sahillərində kəşf ediblər. Daha sonra arxeoloqlar mədəni irs yerlərində axtarış aparıblar və Qudauta və Suxum şəhərlərinin sularını 60 metr dərinliyə enərək araşdırıblar. Mütəxəssislərin fikrincə, ən maraqlı obyekt Suxumi buxtasında, Besletka çayının mənsəbində aşkar edilib.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Krım Araşdırmaları Mərkəzinin rəhbəri Viktor Lebedinskinin sözlərinə görə, bu yerdə qədim Dioskuriya şəhəri yerləşə bilərdi. O, ötən əsrin 70-80-ci illərinə aid yarımdairəvi strukturun hörgü qalıqlarının aşkar edildiyini vurğulayıb.

“Çox güman ki, bu, divarları bərkidilmiş qüllədir. Əhəng məhlulu ilə iri çınqıllardan düzəldilib, hörgüdə keramika var”.

Lebedinskski qeyd edib ki, çayın mənsəbində daim qum və lil asması var, bu səbəbdən mütəxəssislər buranı hərtərəfli tədqiq edə bilməyiblər. Bu işlərin 2024-2025-ci illər üçün nəzərdə tutulub.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
redaktor.az

1Mənbələr